Modern.az

Mikayıl Cabbarov yeni departamentə rəhbər təyin etdi

Mikayıl Cabbarov yeni departamentə rəhbər təyin etdi

İqtisadiyyat

3 May 2018, 15:35

Azərbaycan Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyi yanında yeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edib.

Onun Azər Məmmədov adlı şəxs olduğu bildirilir. Yeni baş direktor bu vəzifəyə gömrük sistemindən gətirilib. 

 

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a verilən məlumata görə, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır