Modern.az

Metroda ölən tələbənin müəllimləri: “Sahil içki içən, siqaret çəkən deyildi...”  

Metroda ölən tələbənin müəllimləri: “Sahil içki içən, siqaret çəkən deyildi...”   

Təhsil

8 May 2018, 13:25

Xəbər verdiyimiz kimi,  metronun “20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu  dünyasını dəyişib. Onun ölümünə  səbəb  ürəktutması olub. S.Teymurlu Milli Aviasiya Akademiyasının tələbəsi  idi.

Modern.az saytının əldə etdiyi məlumata görə, Sahil Teymurlu Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin III kursunda dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alırdı.

Lakin hadisə mətbuatın yazdığı kimi dünən yox, ötən həftə baş verib.


Bu barədə  İqtisadiyyat və hüquq fakültəsinin dekanı, professor Aydın Qasımov saytımıza açıqlama verib:


“Hadisə  ötən həftənin beşinci günü olub. Sahil  normal tələbə idi. Heç kimin ağlına gəlməzdi ki, belə cavan uşaq dünyasını dəyişər. Metroda getdiyi yerdə ürəyi tutub, kömək edə bilməyiblər, elə ordaca  vəfat edib.

Deyə bilərəm ki, tələbəmiz Sahil Teymurlu içki içən, siqaret çəkən biri də olmayıb. Səhv etmirəmsə, atası da rəhmətə gedib. Onlar  Füzuli köçkünüdürlər, Beyləqanda məskunlaşıblar.   Kafedra müdri, professor Səfər Pünhani, bir neçə  müəllim və tələbə heyəti sabah  Sahilin ailəsinə baş çəkəcək.  Baş verən hadisəyə görə çox kədərliyik.  Akademiyanın rəhbərliyi və kollektivi adından Sahilin vəfatına görə ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Sahil Teymurluya bir müddət dərs demiş  Natavan Həsənova  onun sakit oğlan olduğunu bildirib:


“Sahilə  ikinci kursda marketinqdən dərs demişəm. Təəssüf ki, onların ixtisası bizim kafedraya aid olmadığı üçün çox ünsiyyətdə olmamışam. Lakin deyə bilərəm  ki, Sahil  çox sakit tərbiyəli bir tələbə idi. Əlaçı deyildi, amma çalışqan idi, məsuliyyətli olub”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü