Modern.az

Aşıq Azər Xanlaroğlu Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq

Aşıq Azər Xanlaroğlu Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq

Aktual

12 May 2018, 13:58

Xəbər verdiyimiz kimi Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib. O, bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.

 

Modern.az-ın məlumatına görə, Aşıq Azərlə vida mərasimi bu gün saat 13:00-da ailənin Badamdar qəsəbəsində yerləşən evində təşkil edilib.

 

Vida mərasimindən sonra mərhun nəşi Qurd Qapısı qəbiristanlığında, atası Aşıq Xanlar Məhərrəmovun yanında dəfn ediləcək.

 

Xatırladaq ki, aşıq Azər Xanlaroğlu ötən gün səhhətindəki problemlə bağlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada komatoz vəziyyətinə düşüb. A.Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı