Modern.az

700 bal toplayanlar Modern.az-a DANIŞDILAR: “Gözlərim mənfi 7 yarımdır...”

700 bal toplayanlar Modern.az-a DANIŞDILAR: “Gözlərim mənfi 7 yarımdır...”

Təhsil

16 May 2018, 11:11

Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

 

Modern.az saytı 700 bal toplayanların təəssüratlarını öyrənib.

 

45 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elvin Kərimli  yay imtahanlarına qatılmaq barədə düşünür.

 

“3-cü qrup üzrə imtahan verdim. 700 bal toplayacağımı gözləyirdim. Yay imtahanlarına qatılmaq barədə də düşünürəm. Görək necə olur. Güman ki, hüquq ixtisasını seçəcəyəm”

 

700 bal toplayan Leyli Əhmədova deyir ki, bu uğuru normal qarşılayıb.

 

“700 bal toplayacağıma əmin idim. Sonuncu sınaq imtahanında da 700 bal toplamışdım. 2015-ci ildə qardaşım 700 bal toplayıb. Ona görə də belə nəticə göstərmək ailəmiz üçün yeni deyil. Hazırda həyəcanım var. Yay imtahanlarına qatılmaq istəmirəm. Çünki gözlərimdə zəiflik var. Gözlərim mənfi 7 yarımdır. Ona görə kitab-dəftərə bir neçə aylıq fasilə vermək istəyirəm”

 

Sumqayıtdakı Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadə yay imtahanlarına qətiyyən qatılmayacağını söyləyib.

 

“2-ci qrup üzrə imtahan verdim və yüksək nəticə əldə edəcəyimi gözləyirdim. Hədəfim yaxşı nəticə göstərmək idi. Yay imtahanlarına isə qatılmayacağam. İstədiyim nəticəni göstərmişəm. İxtisas olaraq isə maliyyə sahəsi üzrə  ingilis dilində oxumaq istəyirəm”

 

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin şagirdi Jalə Rəcəbova deyir ki, ümidli olsa da narahatlıq da vardı.

 

“2-ci qrup üzrə imtahan verib 700 bal topladım. Buna görə çox sevinirəm. Məktəbimizdə bayramdır. Hətta digər şagirdlər arasında rəqabət güclənib. Sonuncu sınaqda da 700 bal toplamışdım. Amma ali məktəb imtahanında həyəcan vardı. İstərdim ki, xaricdə təhsil alım. Amma ilk illərdə bunu istəmirəm. Gələcəkdə bu barədə düşünmək olar”. 

 

II qrup üzrə ali məktəblərə qəbul imtahanlarında 700 toplayan Nəsimi rayonu Texniki Humanitar Liseynin şagirdi Zeynəb Quluzadə deyib:  

 

“Bir dəfə  Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş, bu il isə qızıl medal qazanmışam. Bu uğuru qazanacağıma inanırdım. Yaydakı imtahanlara qatılmayacam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü