Modern.az

Mətbuata danışan ekspert insult keçirib

Mətbuata danışan ekspert insult keçirib

Aktual

23 May 2018, 11:07

Mətbuata ekspert qismində açıqlamalar verən “Su istehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun çoxdandır səs-sorağı gəlmir.

Məlum olub ki, o, insult keçirib. Bu barədə Modern.az-a sədrin əlaqə telefonuna cavab verən xanımı Elnurə Məmmədova bildirib.


E.Məmmədovanın sözlərinə görə, həyat yoldaşı təxminən 6 aya yaxındır ki, yataqdadır:

“Hər şey qəfil oldu. Uzun müddət xəstəxanadaydı. Hazırda evdədir. Əlimizdən gələni edirik, Allaha pənah, ümidimizi üzmürük. İnşallah yaxşı olar”.

 

Xanımı deyib ki, Dövlət Məmmədov nitqini də itirib:

“O danışa da bilmir, yeriyə bilmir, ancaq yataqdadır. Ev şəraitində müalicəsini davam etdiririk”.

Qeyd edək ki, D.Məmmədov uzun müddətdir ki, “Su istehsalçıları” İctimai Birliyinin sədridir. Zaman-zaman su istehsalı ilə bağlı mətbuata açıqlamalar verirdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü