Modern.az

Erkan Özoral AXC-nin arxivindən danışdı  

Erkan Özoral AXC-nin arxivindən danışdı  

24 May 2018, 17:56

“Türkiyədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı arxiv materiallarının Azərbaycana gətirilməsindən əvvəl görülməsi vacib olan iş bunların araşdırılması və ortaya çıxarılmasıdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbayandakı səfiri Erkan Özoral deyib.  Səfir bildirib ki, tarixçilər bu məsələnin üzərində işləyirlər.

 

“Bunlar Osmanlının arxivləri də ola bilər, Azərbaycandan getmiş arxiv materialları da ola bilər. Bunlar ortaya çıxarılsın, qiymətləri verilsin, nə olduqları dəyərləndirilsin, ondan sonra hara gedəcəksə, getsin. Amma ən vacib məsələ bu materialların bir bütün olaraq dünyaya tanıdılması və göstərilməsindir. Bu əsərlərin üzərində çalışıb tarixi ortaya çıxarmaq və  böyük bir kitab halına gətirmək lazımdır. Bütün üçün hamı üzərinə nə düşərsə, etməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır