Modern.az

“Magistr” jurnalının 4-cü nömrəsini nəşr edildi

“Magistr” jurnalının 4-cü nömrəsini nəşr edildi

Aktual

25 May 2018, 11:06

“Magistr” jurnalının 4-cü nömrəsini nəşr edilib. Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilib.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bu  nömrədə həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2018/2019-cu tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində verilib.

 

Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib..

 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü