Modern.az

Bir sıra ölkələrin prezidentləri İlham Əliyevi təbrik ediblər

Bir sıra ölkələrin prezidentləri İlham Əliyevi təbrik ediblər

Aktual

25 May 2018, 18:44

Macarıstan Prezidenti Yanoş Ader Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.

 

Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.

 

Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

 


Bundan başqa İlham Əliyevi 28 May-Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yunanıstan prezidenti Prokopis Pavlopulos, İsveçrə Konfederasiyası prezidenti Alain Berset, Koreya Respublikası prezidenti Mun Ce-in, Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudes və İspaniya kralı VI Felipe təbrik ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...