22 iyun 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib

 

“Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, TürkiyəCümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze iştirak ediblər.

 

Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbir “Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ndə davam edib.  

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə müasir tələblər səviyyəsində yenidən qurulan muzeyə baxış keçirilib. 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti məhz bu binada fəaliyyət göstərib. 6 otaqdan ibarət olan müzeyin 4 otağında Cümhuriyyət dövrünü əks etdirən eksponatlar nümayiş olunur. Onların içərisində həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar diqqət çəkir. AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də nümayiş olunan eksponatlar sırasındadırlar. Binada Xalq Cümhuriyyətinin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri, Baş nazir Fətəli xan Xoyskinin iş otağı da var. Burada nazirin yazı masası və şəxsi əşyaları nümayiş olunur.

 

Digər iki otaqda isə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin AXC-yə verdiyi qiymət və göstərdiyi münasibətin əyanı sübutları yer alır.

“Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirlərdə fəxri qonaq qismində iştirak edən Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, bildirib ki, o azərbaycanlı qaçaq Məhəmməd Qasım bəyin nəvəsidir. Azərbaycan  Xalq Cümhuriyyəti hökümətinin üzvlərindən olan Məhəmməd Qasım bəy 1920-1932-ci illərdə dağlara çəkilərək bolşeviklərə qarşı mübarizəyə qoşulur. Sonradan Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyəyə mühacirət edən Məhəmməd Qasım bəy, Elazığ şəhərinə yerləşir.

 

Şuay Alpay Gəncədə, öz baba torpağında olmaqdan qürür hissi keçirdiyini bildirib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə üçün 25 may tarixinin xüsusi önəmi var. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 300 nəfər tərəfdaşı ilə 100 il əvvəl məhz həmin tarixdə Gəncəyə daxil olub. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün dediyi “bir millət – iki dövlət” fikrini xatırladan Şuay Alpay, qurulan bu dostluq və qardaşlıq əlaqələrinin daha da güclənəcəyinə inam və əminlik ifadə edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər Heydər Əliyev park-kompleksində davam edib. Buradakı Amfiteatrda xüsusi senari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim təşkil edilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan teatrlaşdırılmış mərasimdə AXC-nin 23 aylıq fəaliyyət dövrünə nəzər salınıb, həmin illərdə yaşanan tarixi hadisələr xronoloji ardıcıllıqla tamaşaçılara təqdim olunub.

 

AXC-nin ordu quruculuğu, 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusunun fəaliyyəti ön plana çəkilib. Rəmzi olaraq Nuru paşa, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məhəmməd Qasım bəy kimi şəxsiyyətlər Türkiyə, Azərbaycan və AXC-nin döyüş bayraqlarının müşayəti ilə səhnəyə daxil olublar.

2 saatdan artıq davam edən teatrlaşdırılmış mərasimdə milli rəqslər və müxtəlif ifalar da tamaşaçılara təqdim olunub.

 

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, müasir Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və ulu öndərin də dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir, əbədidir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq
22.06.2018, 00:59

Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı
22.06.2018, 00:48

Nazirlər Kabineti ezamiyyə xərclərinin normalarını artırdı

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib
22.06.2018, 00:29

Beş ayda Azərbaycana 7294 avtomobil idxal edilib

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır
22.06.2018, 00:13

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi
21.06.2018, 23:57

Dünya Çempionatı-2018: Xorvatiya Argentinaya şans vermədi

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR
21.06.2018, 23:37

Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi - FOTOLAR

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir
21.06.2018, 23:20

Dünya Çempionatı-2018: Qırmızı vərəqə alan futbolçu ölümlə hədələnir

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:
21.06.2018, 23:06

“Azərbaycan vətəndaşları qul deyil” - Çingiz Qənizadə:

Metroda döyülən şortikli qız axtarılır
21.06.2018, 22:53

Metroda döyülən şortikli qız axtarılır

Gecə klubunda atışma: 2 ölü
21.06.2018, 22:42

Gecə klubunda atışma: 2 ölü

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı
21.06.2018, 22:29

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Şəmkirdə musiqiçilər qəzaya düşdü
21.06.2018, 22:14

Şəmkirdə musiqiçilər qəzaya düşdü

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var
21.06.2018, 21:58

Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb
21.06.2018, 21:43

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi
21.06.2018, 21:30

Şirkət rəhbəri işdə məhəbbət məcarasına görə istefaya getdi

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video
21.06.2018, 21:16

Bakıda körpənin boğazından qəpik belə çıxarıldı - Video

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO
21.06.2018, 20:59

Dünya Çempionatı-2018: Fransaya uduzan Peru üçün də çempionat bitdi - VİDEO

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi
21.06.2018, 20:44

UNEC rektoru Akif Əlizadənin təkliflərini dəstəklədi

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı   
21.06.2018, 20:27

 “Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirir”-Vaqif Dərgahlı  

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır
21.06.2018, 20:15

“Qarabağ” bu qapıçıya 600 min ödəməyə hazırdır

“Araz” supermarketin işçisinin qətl səbəbi ...
21.06.2018, 20:01

“Araz” supermarketin işçisinin qətl səbəbi ...

Neftçalada 19 yaşlı gənc özünü asdı
21.06.2018, 20:00

Neftçalada 19 yaşlı gənc özünü asdı

Füzulidə raket hissəsi tapılıb - FOTO
21.06.2018, 19:45

Füzulidə raket hissəsi tapılıb - FOTO

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib
21.06.2018, 19:34

BMT-nin qətnamələrinin icrası ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edilib

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır
21.06.2018, 19:22

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq
21.06.2018, 19:05

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ - 100 dollara çatmayacaq

Onlar UNEC-i seçir
21.06.2018, 18:51

Onlar UNEC-i seçir

Abşeronda piyadanı avtomobil vurub öldürdü
21.06.2018, 18:49

Abşeronda piyadanı avtomobil vurub öldürdü

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb
21.06.2018, 18:43

Azərbaycanda universitetin girişində sütunlu tavan çöküb

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi
21.06.2018, 18:39

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ
21.06.2018, 18:32

Sumqayıtda məcburi köçkün ailələri üçün tikilən bina bu il YEKUNLAŞACAQ

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb
21.06.2018, 18:26

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 13,7 milyon manat ayrılıb

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb
21.06.2018, 18:23

64800 şagird üçün keçirilən buraxılış imtahanı başa çatıb

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi
21.06.2018, 18:18

İçərişəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
21.06.2018, 18:14

Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(15.0%)
Braziliya(24.5%)
Almaniya(11.3%)
İngiltərə(3.14%)
Portuqaliya(11.9%)
İspaniya(4.40%)
Fransa(5.03%)
Belçika(1.88%)
Seneqal(3.14%)
Rusiya(19.4%)