18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Altaylardan gələn Kişi...
Altaylardan gələn Kişi...
06.06.2018, 09:16

Düz beş il öncə Novruz bayramı ərəfəsində görüşmüşdük. Həm xatirələri çözələnmişdi, həm də illərin yadigarı olan şəkilləri ötənlərə bələdçilik eləmişdi...

 

Dünya görmüş, yaşı yetmişi, səksəni, doxsanı haqlamış insanlarla ünsiyyətdə olmaq hardasa sözə söykək adamların deyərdim ki, ən böyük qazancıdır. Elə faktları, elə hadisələri dilə gətirib danışırlar ki, bir müddət keçdikdən sonra onu hansısa bədii əsərdən oxuyanda çox uzun illər öncə polisin fəaliyyətinin heç də asan olmadığının fərqinə varırsan.

 

Əldə olunan təcrübə, yeniliklər, elmin, texniki tərəqqinin inkişafı hər bir sahədə işlərin sahmana düşməsinə, uğur qazanmağa şərait yaradıb. Biz də elə bunları-qocaman həmkarımla dünənlə bu günü müqayisə etdik. O, gəncliyini, çətinliklərdən necə  sıyrılıb çıxdığını, əldə etdiyi hər bir uğurun min bir zəhmət hesabına başa gəldiyini yenidən o illəri yaşayırmış kimi danışdıqca simasındakı işıq seli sevinc göz yaşlarına bələnirdi.

 

Keçmişi xatırlamaq heç də asan başa gəlmir, ürəklə əlbəyaxa olmaq dözüm istəyir, həm də, necə deyərlər, gərək “Torpaqda izin olsun ki, süfrədə də üzün olsun”...

Bu gün 100 yaşlı Polisimizin tarixində, sözün əsl mənasında, öz yeri, öz imzası olanları xatırlamaq keçmişə, dünənə bir sayğı və ehtiramdır...

 

Onu həm Xəzər rayonunda, həm də respublikamızda DİO-da çalışanların, təqaüdə çıxanların əksəriyyəti tanıyır. İstefada olan polis polkovnki Altay Böyükağa oğlu Mansurov 1938-ci ilin iyun ayının 6-da dünyaya göz açıb.  

Elə ilk görüşümüzdə ona ünvanladığım ilk sualı da yaxşı xatırlayıram. Sual təxminən belə idi: “Adınızı kim qoyub və nə üçün Altay?”. Cavabı belə olmuşdu: “Adımı atam qoyub. Ata-babalarımızın ilk yurdu, ilk beşiyi olan və bu gün də hər bir türk oğlunun adını qürurla çəkdiyi qədim Altay dağlarının şərəfinə. Ailədə beş uşaq olmuşuq”.

 

Daxili işlər orqanlarına gəlməyinin tarixçəsi də maraqlıdır. Uşaq vaxtı hərbçi olmaq istəyirmiş. Ancaq valideynləri buna razılıq vermirlərmiş. İndiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirdikdən sonra hərbi xidmətə gedib. Hələ ordudaykən zabitlər kursunu bitirib.

 

Təxris olunduqdan sonra Əzizbəyov Rayon Partiya Komitəsi tərəfindən daxili işlər orqanlarına göndərilsə də onu get-gələ salıblar. Nəhayət, 1971-ci ilin noyabrında onu daxili işlər naziri Arif Heydərov qəbul edib. Altayı DİN-də Siyasi İşlər üzrə Şöbəyə instruktor götürüblər. İki il yarım işlədikdən sonra təlimatçı vəzifəsinə irəli çəkilib və 1974-cü ilin iyun ayında Dəmir Yolu Milis Şöbəsinə siyasi tərbiyə işləri üzrə rəis müavini göndərilib. Elə həmin ərəfədə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostov fakultəsinə qəbul olunub və oranı da bitirib. 1975-ci ilin dekabrında isə Aeroportda Milis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Üstündən heç 9 ay keçməmiş həmin şöbənin rəisi vəzifəsini ona həvalə ediblər.

 

Deyir ki, Aeroportda çalışmaq daha məsuliyyətli idi. Çünki gömrük, sərhəd xidmətləri o zaman fəaliyyət göstərmirdi. Milis həm təhlükəsizliyi qoruyurdu, həm də cinayətkarlıqla mübarizə aparırdı.

1986-cı ilin yanvar ayında Əzizbəyov Rayon Daxli İşlər Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.  1992-ci il iyun ayına kimi xidmət edib və 54 yaşında təqaüdə göndərilib...

Altay müəllim təkcə milisdə öz xidməti borcunu yerinə yetirməyib, həm də daxili işlər orqanlarının daha geniş fəaliyyəti, inkişafı üçün çalışıb. Keçmiş Əzizbəyov rayonunda şöbənin həyətində əməkdaşlar üçün 50 adamlıq yeməkxana tikdirib, kriminalistika kabineti və fotolaboratoriya yaradıb.

Əzizbəyov Rayon Daxili İşlər Şöbəsində rəis işləyərkən ən böyük arzularından birini-milis əməkdaşlarından ibarət atlı patrul xidməti yaratmaq üçün ölkənin ən çətin vaxtında Ağstafa atçılıq sovxozundan 14 baş at alıb, atlar üçün tövlə belə tikdirib. Bir sözlə, çalışıb ki, hər zaman hər işdə yenilik eləsin, fərqlənsin. Lakin ölkədə hərc-mərclik başladıqdan və onu işindən, sevdiyi peşəsindən uzaqlaşdırdıqdan sonra həyata keçirmək istədikləri elə arzu olaraq qalıb.

 

O, təqaüdə çıxdıqdan sonra da  yaddan çıxmayıb, unudulmayıb. Bir zamanlar təyyarələrinin təhlükəsizliyini qoruduğu, rəis kimi çalışdığı iş yerində, müxtəlif vəzifələrdə işləyib.

 

Bu gün də əli işdən-gücdən soyumayıb. Xəzər Rayon Ağsaqqallar Şurasının üzvüdür. Qocaman həmkarımız övlad sarıdan da yarıyıb, ölkə və DİN rəhbərliyinin bu gün veteranlara göstərdiyi diqqət və qayğıdan çox razıdır.  Böyük oğlu Mansur polis polkovnik-leytenantı, kiçik oğlu Seymur isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.

Doqquz nəvənin babasıdır. Nəvələrindən Oqtay da babası kimi polis olmaq arzusundadır.

İyunun 6-da 80-nin dizini qatlayır. Qarşıda isə hələ yaşanılası çox illər və nəvə-nəticə toyları var...

 

Hafiz Təmirov,

polis mayoru

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı
18.06.2018, 00:24

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi
17.06.2018, 23:57

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi

Məscidlərə kitab paylanıldı
17.06.2018, 23:43

Məscidlərə kitab paylanıldı

Çobanı ildırım vurdu
17.06.2018, 23:23

Çobanı ildırım vurdu

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video
17.06.2018, 22:56

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video

Qan rəngində Arpaçay
17.06.2018, 22:27

Qan rəngində Arpaçay

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...
17.06.2018, 22:14

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...

ATƏT nümayəndələri Azərbaycana gəlir
17.06.2018, 22:01

ATƏT nümayəndələri Azərbaycana gəlir

Nazirlikdən xəbərdarlıq: “Ziyanvericilərlə mübarizədə xüsusi geyimdən istifadə edin!”
17.06.2018, 21:40

Nazirlikdən xəbərdarlıq: “Ziyanvericilərlə mübarizədə xüsusi geyimdən istifadə edin!”

“Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov
17.06.2018, 21:14

“Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov

Dünya Çempionatı-2018: Almaniya Meksikaya uduzdu - VİDEO
17.06.2018, 20:54

Dünya Çempionatı-2018: Almaniya Meksikaya uduzdu - VİDEO

Göygölə dolu düşüb
17.06.2018, 20:37

Göygölə dolu düşüb

Azərbaycanda yeni ödəniş sistemi işə salınır
17.06.2018, 20:19

Azərbaycanda yeni ödəniş sistemi işə salınır

Ucar sakini bıçaqlanaraq öldürülüb
17.06.2018, 20:03

Ucar sakini bıçaqlanaraq öldürülüb

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir
17.06.2018, 18:01

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

Makedoniyanın adı rəsmən dəyişdi - FOTO
17.06.2018, 17:57

Makedoniyanın adı rəsmən dəyişdi - FOTO

Qaçqın problemi Merkelin “başını yedi
17.06.2018, 17:47

Qaçqın problemi Merkelin “başını yedi

UNEC test üsuluyla vidalaşır? - “Sessiya  imtahanlarını  yazılı formada keçirməyi düşünürük”  
17.06.2018, 17:32

UNEC test üsuluyla vidalaşır? “Sessiya  imtahanlarını  yazılı formada keçirməyi düşünürük”  

Şabran Rayon Mərkəzi Xəstəxanası YANDI 
17.06.2018, 17:16

Şabran Rayon Mərkəzi Xəstəxanası YANDI 

Nazirin telefonunu oğurladılar - FOTO
17.06.2018, 16:52

Nazirin telefonunu oğurladılar - FOTO

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR
17.06.2018, 16:43

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR

Bələdiyyə torpaqlarının alqı-satqısına dair tələblər müəyyənləşib
17.06.2018, 16:25

Bələdiyyə torpaqlarının alqı-satqısına dair tələblər müəyyənləşib

Bakıda iki uşaq anasını maşın vurdu - Sürücü sərbəst buraxıldı
17.06.2018, 15:53

Bakıda iki uşaq anasını maşın vurdu - Sürücü sərbəst buraxıldı

Nadir Qafarzadə nikahdankənar oğlundan danışdı
17.06.2018, 15:28

Nadir Qafarzadə nikahdankənar oğlundan danışdı

Ərdoğanın təbliğatında azərbaycanlı bəstəkarın musiqisindən istifadə olundu - VİDEO
17.06.2018, 15:20

Ərdoğanın təbliğatında azərbaycanlı bəstəkarın musiqisindən istifadə olundu - VİDEO

Binəli Yıldırım “Eurovision”u tənqid etdi   
17.06.2018, 15:05

Binəli Yıldırım “Eurovision”u tənqid etdi  

Sərnişin qatarının vaqonları relsdən çıxdı - 1 ÖLÜ, 3 YARALI
17.06.2018, 14:47

Sərnişin qatarının vaqonları relsdən çıxdı - 1 ÖLÜ, 3 YARALI

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR
17.06.2018, 14:26

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək - Hava PROQNOZU
17.06.2018, 14:00

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək - Hava PROQNOZU

Göyçayda avtomobil motosikletçini vurdu
17.06.2018, 13:31

Göyçayda avtomobil motosikletçini vurdu

“Xankəndi üzərində Ermənistan “qırıcıları”nın uçması xəbəri avantüradır” - Müdafiə Nazirliyi
17.06.2018, 13:19

“Xankəndi üzərində Ermənistan “qırıcıları”nın uçması xəbəri avantüradır” - Müdafiə Nazirliyi

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
17.06.2018, 13:06

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto
17.06.2018, 12:46

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçirlər - FOTOLAR
17.06.2018, 12:30

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçirlər - FOTOLAR

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı
17.06.2018, 12:19

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.5%)
İngiltərə(6.49%)
Portuqaliya(12.9%)
İspaniya(5.19%)
Fransa(5.19%)
Belçika(1.29%)
Seneqal(2.59%)
Rusiya(16.8%)