15 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Nazir Dövlət Əmək Müfəttişliyi Xidmətinə XƏBƏRDARLIQ ETDİ
Nazir Dövlət Əmək Müfəttişliyi Xidmətinə XƏBƏRDARLIQ ETDİ +
07.06.2018, 16:01

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə. S.Babayev prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb.

Nazir, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.

Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edib. O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət başçısının 2017-ci il 09 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.

S.Babayev vurğulayıb ki, ölkə başçısının təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və bu qanunun tələblərinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də ciddi riayət olunmalıdır.

“ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı Xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir. Bununla bərabər, bu sahədə tətbiq edilən “ASAN Xidmət” modelinin əmək müfəttişlyi sistemi tərəfindən tətbiqi, eyni zamanda, əmək hüquqlarının təminatına nəzarət mexanizminin

qabaqcıl beynəlxalq təcrübə əsasında elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi, “elektron protokol” layihəsinin tətbiqi məqsədəuyğun ola bilər.

Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə bağlı təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməli, eyni zamanda, belə qəzaların qarşısının alınması, ümumən əməyin təhlükəsizliyi üçün önləyici tədbirlər barədə işəgötürənlərin geniş məlumatlandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin təhlil olunaraq, belə hadisələrin baş verməməsi üçün preventiv tədbirlərlə əlaqədar aidyyəti qurumlara müvafiq təkliflər verilməsi işləri aparılmalıdır. Habelə, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazilrik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli, habelə sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və bu fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.

Nazir vurğulayıb ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır. Nazir bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb.

Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
NATO Rusiya qırıcı təyyarəsini ələ keçirib
15.08.2018, 22:43

NATO Rusiya qırıcı təyyarəsini ələ keçirib

Alimlər Kainatda qalaktik səhra kəşf etdilər
15.08.2018, 22:30

Alimlər Kainatda qalaktik səhra kəşf etdilər

Şiddətli istilər 48 can aldı
15.08.2018, 22:16

Şiddətli istilər 48 can aldı

Sosial şəbəkələrdə xanımları aldadan dələduz - FOTO
15.08.2018, 22:02

Sosial şəbəkələrdə xanımları aldadan dələduz - FOTO

“Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq” - Elmar Məmmədyarov
15.08.2018, 21:49

“Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq” - Elmar Məmmədyarov

Merkeldən Türkiyəyə dəstək
15.08.2018, 21:36

Merkeldən Türkiyəyə dəstək

İtaliyada fövqəladə vəziyyət elan edildi
15.08.2018, 21:22

İtaliyada fövqəladə vəziyyət elan edildi

22 məktəbli çayda batdı
15.08.2018, 21:11

22 məktəbli çayda batdı

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edilib
15.08.2018, 20:54

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edilib

Üç ayda 205 nəfər dövlət qulluğunda işə başlayıb
15.08.2018, 20:40

Üç ayda 205 nəfər dövlət qulluğunda işə başlayıb

Millimiz İsveçə qalib gəldi
15.08.2018, 20:27

Millimiz İsveçə qalib gəldi

Əfqanıstandakı partlayışda ölü sayı 48-ə çatdı
15.08.2018, 20:13

Əfqanıstandakı partlayışda ölü sayı 48-ə çatdı

Güclü leysanın tütün sahələrinə ziyanı
15.08.2018, 20:01

Güclü leysanın tütün sahələrinə ziyanı

Almaniya hökuməti "üçüncü cinsi" qanuniləşdirib
15.08.2018, 19:47

Almaniya hökuməti "üçüncü cinsi" qanuniləşdirib

Azərbaycanlı Sankt-Peterburqda onu körpüdə “sıxan” sürücünü döydü
15.08.2018, 19:35

Azərbaycanlı Sankt-Peterburqda onu körpüdə “sıxan” sürücünü döydü

Beyləqanda 4 otaqlı ev əşyaları ilə birgə yanıb
15.08.2018, 19:31

Beyləqanda 4 otaqlı ev əşyaları ilə birgə yanıb

Danimarka Almaniya ilə sərhəddə hasar tikmək niyyətindədir
15.08.2018, 19:23

Danimarka Almaniya ilə sərhəddə hasar tikmək niyyətindədir

Bakıda kollektiv intihar cəhdinin qarşısı alındı
15.08.2018, 19:11

Bakıda kollektiv intihar cəhdinin qarşısı alındı

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var
15.08.2018, 18:55

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var

Sahibkarlardan rüşvət tələb edən şəxslər yaxalandı
15.08.2018, 18:42

Sahibkarlardan rüşvət tələb edən şəxslər yaxalandı

Bakının bu rayonlarında qaz olmayacaq
15.08.2018, 18:37

Bakının bu rayonlarında qaz olmayacaq

Gülxar Həsənovanın 100 illik yubileyi qeyd ediləcək
15.08.2018, 18:29

Gülxar Həsənovanın 100 illik yubileyi qeyd ediləcək

Babək prospektinin yenidən qurulmasına 20 milyon manat ayrıldı
15.08.2018, 18:14

Babək prospektinin yenidən qurulmasına 20 milyon manat ayrıldı

Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu
15.08.2018, 18:07

Ermənistanda yüksək rütbəli hərbçi işdən qovuldu

Gürcüstanla sərhəd rayonlara vaksin göndərilib 
15.08.2018, 17:55

Gürcüstanla sərhəd rayonlara vaksin göndərilib 

39906 nəfər tələbə adını qazandı
15.08.2018, 17:47

39906 nəfər tələbə adını qazandı

Nazirlik: Bəzi təhsil müəssisələrində işə gəlməyən əməkdaşlara maaş ödənilir
15.08.2018, 17:39

Nazirlik: Bəzi təhsil müəssisələrində işə gəlməyən əməkdaşlara maaş ödənilir

“Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün”- “Qoca”nın qaçışına görə tutulanların cinayət işi
15.08.2018, 17:25

“Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün”- “Qoca”nın qaçışına görə tutulanların cinayət işi

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi
15.08.2018, 17:19

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.08.2018, 17:09

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Kabildə növbəti terror: 25 ölü, 35 yaralı
15.08.2018, 17:09

Kabildə növbəti terror: 25 ölü, 35 yaralı

İtkin düşən 68 yaşlı kişinin meyiti tapıldı
15.08.2018, 17:02

İtkin düşən 68 yaşlı kişinin meyiti tapıldı

Ruhani Xəzərlə bağlı müqavilənin İrana xeyrindən DANIŞDI
15.08.2018, 16:58

Ruhani Xəzərlə bağlı müqavilənin İrana xeyrindən DANIŞDI

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
15.08.2018, 16:36

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

Abşeronda piyada ölümünə səbəb olan sürücü saxlanıldı
15.08.2018, 16:21

Abşeronda piyada ölümünə səbəb olan sürücü saxlanıldı

ARXİV