Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) fəaliyyətini yenidən bərpa edəcək.
Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin məlumat verib.
O bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi sentyabrda yenidən fəaliyyətinə davam edəcək.
“Artıq bununla bağlı işlər aparılır. Ümid edirik ki, təşkilat sentyabrdan fəaliyyətə başlayacaq”.
Qeyd edək ki, 2017-ci ilin mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edib. Bu qərar Azərbaycanda rəsmi və qeyri-rəsmi dairələrin etirazı ilə qarşılanmışdı.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.