Modern.az

Ankarada gizlənən FETÖ-çü yaxalandı

Ankarada gizlənən FETÖ-çü yaxalandı

Dünya

9 İyun 2018, 17:16

FETÖ-nün axtarışda olan “qızıl uşaqlarından” biri də Ankara polisinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

 

Modern.az “Haber Türk”ə istinadən xəbər verir ki, uzun müddətdir fərari olaraq axtarışda olan təşkilatın kəşfiyyatdan məsul şəxsi, Eskişehir Əmniyyət müdiri müavini Mustafa Aygün Ankarada həbs edilib.

Aygün Eskişehirdə iş adamı, jurnalist, dövlət adamları, polis, siyasətçi, vəkil də daxil 100-dən çox adamın gizli dinlənməsi ilə bağlı ittiham olunan şəxslər sırasında olub.

 

Ankara və Eskişehir Əmniyyət Müdirliyinin Terrorla mübarizə və Kəşfiyyat şöbəsinin birgə keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Eskişehir ikinci Ağır Cinayətlər məhkəməsində mühakimə olunan Mustafa Aygün polis tərəfindən nəzarətdə saxlanılır.

 

Onun bir çox qanunsuz dinləmə və görüntüləmə işlərində  mühüm rol oynadığı məlum olub. Aygün gizlənmək və özünü ələ verməmək üçün 4 ilə yaxın müddətdə xarici görünüşünü gizlətməklə məşğul olub.

 

Kəşfiyyatçı digərləri ilə əlaqə yaratmaq üçün “ByLock” proqramından istifadə edib.

Tutulan zaman onun üzərində başqa ada aid şəxsiyyət vəsiqəsi aşkarlanıb.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü