Modern.az

Türkiyədə iki rusiyalı turist öldü

Türkiyədə iki rusiyalı turist öldü

Dünya

10 İyun 2018, 00:47

Türkiyənin Antalya vilayətində dincələn iki rusiyalı turist həlak olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu gün Alanyada dənizdə çimərkən 31 yaşlı Rusiya vətəndaşı boğularaq ölüb. Xilasedicilər kişini sahilə çıxarıb xəstəxanaya çatdırsalar, əcnəbi turisti xilas etmək mümkün olmayıb.

Daha bir hadisə dünən Kəmərdə baş verib. oteldəki otağında dincələn rusiyalı qonaq yıxılıb və başı zədələnib. Turist hadisə yerində dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü