Modern.az

Azərbaycanda atışma oldu: 16 ölü

Azərbaycanda atışma oldu: 16 ölü

Dünya

10 İyun 2018, 22:22

İranın Qərbi Azərbaycan vilayətinin Uşnəviyə mahalında atışma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ərazidə PKK-nın İran qanadı PJAK-a qarşı əməliyyat keçirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar zamanı 16 PJAK-çı məhv edilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl PJAK-la qarşıdurma zamanı iki azərbaycanlı sərhədçi - Yusif Piranə və Məhbub Qurbani həlak olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir