Modern.az

Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi

Dünya

12 İyun 2018, 13:15

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı tətbiq edilən bütün sanksiyaların hələ də qüvvədə qaldığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ lideri “ABC” kanalına müsahibəsində qeyd edib.

Vaşinqton rəsmi Pxenyana qarşı daha 300 yeni sanksiya nəzərdə tutub.

 

Tramp görüşün məhsuldar və səmimi keçdiyini və tərəflərin yeni sənədin bütün bəndlərinə mümkün qədər tez əməl etməyə başlayacaqlarını bildirib.

 

O Şimali Koreyanın raket poliqonlarını məhv etməsini yaxından izlədiyini də qeyd edib.

Həmçinin ABŞ lideri bildirib ki, Pxenyanı nüvəsizləşmədən sonra gözəl gələcək gözləyir.

Bununla yanaşı ABŞ tərəfi sanksiyaları hələ ki qüvvədə saxlayacaq. Həmçinin Şimali Koreyaya qarşı müdafiə potensialını da genişləndirəcək.

 

Razılaşma qarşılığında ABŞ yalnız Koreya yarımadasındakı hərbi təlimlərə son verəcək.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü