15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Nazir işçilərinə SƏSLƏNDİ: “Etik qaydalara ciddi riayət olunmalıdır”
Nazir işçilərinə SƏSLƏNDİ: “Etik qaydalara ciddi riayət olunmalıdır”
14.06.2018, 13:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib. 


Modern.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron rayonunda  iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə  bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də Fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.


Nazir qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır. Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstərillməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna yönəlik tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.


S.Babayev vurğulayıb ki, dövlət başçısının tapşırığı əsasında son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq  nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin 5 ayında nazirliyin bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi xeyli aşağı səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməlidir. Bu prinsp əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir. Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosial yönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz rolunu oynamalıdır.


Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə bu müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının  vacibliyini qeyd edib.


S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.


Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO
15.10.2018, 17:16

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO

Manatın kursu dəyişir? - MƏZƏNNƏ
15.10.2018, 17:09

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Daşqınlar 13 fransızın həyatına son qoydu
15.10.2018, 17:04

Daşqınlar 13 fransızın həyatına son qoydu

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı
15.10.2018, 17:02

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 
15.10.2018, 16:56

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı
15.10.2018, 16:50

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Badamdardakı sürüşmə evin hasarını uçurdu
15.10.2018, 16:36

Badamdardakı sürüşmə evin hasarını uçurdu

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”
15.10.2018, 16:33

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”

Prezident Lerikə gedib
15.10.2018, 16:20

Prezident Lerikə gedib

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
15.10.2018, 16:12

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub
15.10.2018, 16:05

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub

Almaniyada naməlum şəxslər insanları girov götürüb
15.10.2018, 15:58

Almaniyada naməlum şəxslər insanları girov götürüb

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ
15.10.2018, 15:57

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ

Pensiyalar artıb – RƏSMİ
15.10.2018, 15:55

Pensiyalar artıb – RƏSMİ

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ
15.10.2018, 15:51

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək
15.10.2018, 15:47

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu - ÖZƏL
15.10.2018, 15:44

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu - ÖZƏL

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!
15.10.2018, 15:38

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15.10.2018, 15:30

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 
15.10.2018, 15:22

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib
15.10.2018, 15:15

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq” - EKSKLÜZİV
15.10.2018, 15:13

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq” - EKSKLÜZİV

İlham Əliyev Astaraya getdi 
15.10.2018, 15:05

İlham Əliyev Astaraya getdi 

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15.10.2018, 14:54

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15.10.2018, 14:48

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu

Bu yolda hərəkət bərpa ediləcək
15.10.2018, 14:41

Bu yolda hərəkət bərpa ediləcək

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR
15.10.2018, 14:40

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR

Eldar Quliyev Yunanıstana gedir
15.10.2018, 14:36

Eldar Quliyev Yunanıstana gedir

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15.10.2018, 14:34

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar

ARXİV