Modern.az

Döyüş təyyarələri və helikopterlər Bakı səmasında

Döyüş təyyarələri və helikopterlər Bakı səmasında

Aktual

15 İyun 2018, 10:24

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı uçuşları davam etdirir.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş təyyarə və helikopterləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlar keçirir.

 

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında parad keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü