Modern.az

Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

Dünya

18 İyun 2018, 09:05

Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb.

Modern.az-ın məlumatına görə, avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 39 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.

Hadisə yerinə gələn şəhərin meri Fəxri Meral bildirib ki, avtobus Qaziantepdən İzmirə gedirmiş. O, əlavə edib ki, qəza ilə bağlı araşdırma başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü