Modern.az

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ

Dünya

19 İyun 2018, 11:01

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın siyasi fəaliyyətində ilk dəfə populyarlığı azalır.

 

Modern.az saytı xəbər verir ki, bu barədə “The Times” qəzetinin Türkiyədəki 24 iyun seçkiləri ilə bağlı məqaləsində yazılıb.

 

Qeyd edilib ki, bu dəfəki prezident seçkiləri Türkiyədə yeni siyasi sistem yaradacaq və prezidentin səlahiyyətləri artaraq parlamentin təsir gücü azalacaq. “Times” qəzetində yazılanlara görə, Ərdoğan budəfəki seçkilərdə ciddi rəqabətlə qarşı-qarşıyadır. Onun 2015-ci ilin noyabr ayında qazandığı - 50,1 faiz olan dəstək nisbəti hazırda 48,3 faizə düşüb.

 

Türkiyədəki seçkilərlə bağlı anket sorğusu aparan Amerika Tərəqqi Mərkəzinin nümayəndəsi (CAP) Maks Hoffman bununla bağlı qeyd edib:

 

"Ərdoğanı praqmatik səbəblərlə dəstəkləyənlər indi tərəddüd edir. Suriyalı qaçqınlar və ölkənin təhsil sistemi ilə əlaqədar xalqda böyük bir qəzəb var. Həmçinin, Ərdoğanın 15 il boyu gücündən və mətbuatın əhatə dairəsindən istifadəsindən sonra türklərin əksəriyyəti ondan bezib”.

 

Yazıda həmçinin qeyd edilib ki, Rəcəp Tayyip Ərdoğanın ən mühüm itkisi hazırkı iqtisadiyyatın acınacaqlı vəziyyətidir. İlin əvvəlindən etibarən türk lirəsi ABŞ dollarına qarşı dəyərini xeyli itirib.

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü