Modern.az

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Aktual

19 İyun 2018, 14:07

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 kv.m sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

 

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər məlumata əsasən Binəqədi rayonunda ümumi sahəsi 700 kv.m olan (hər mərtəbəsi 350 kv.m, 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı