Modern.az

“Köçkünlərin öz torpaqlarına qayıdış ümidi möhkəmlənib” - “Qaçqınkom”un sədri  

“Köçkünlərin öz torpaqlarına qayıdış ümidi möhkəmlənib” - “Qaçqınkom”un sədri   

Aktual

20 İyun 2018, 17:42

"Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin öz torpaqlarına qayıdış ümidini möhkəmləndirib".

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Komitə sədri deyib ki, belə bir tədbirin keçirilməsində məqsəd münaqişələr nəticəsində öz doğma yurdundan didərgin düşmüş insanların vəziyyətinin bir daha yerli və beynəlxalq ictimaiyyət arasında nə dərəcədə önəmli olmasını vurğulamaqdır.


"Bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 70 milyona yaxınlaşır. Bunlardan 1 milyondan çoxu hazırda Azərbaycan ərazisində məskunlaşıb. Bildiyiniz kimi bu insanların bir qismi 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistan ərazisindəki tarixi torpaqlardan etnik təmizləmə nəticəsində qaçqın düşmüşlər. Sonra isə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğal edilməsi nəticəsində öz daimi yaşayış yerlərindən məhrum olmuşlar. Humanitar fəlakəti təcili aradan qaldırmaq üçün qaçqınlar və məcburi köçkünlərAzərbaycanın müxtəlif bölgələrində quraşdırılmış çadır düşərgələrində, yeraltı qazmalarda, yük vaqonlarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskünlaşmışdılar. Azərbaycan hökuməti tərəfindən uzun müddət ərzində qaçqın və məcburi köçkün ailələrinə kommunal xidmətlər və sosial ödənişlər, maliyyə güzəştləri formasında yardımlar həyata keçirilmişdir. Bütün tədbirlərdə əsas məqsəd qaçqın və məcburi köçkünlərin təhlükəsiz yerdə məskunlaşdırılması, onlara lazımi tibbi yardımın göstərilməsi və normal həyatın yenidən qurulmasına kömək göstərmək idi.

Ulu öndər Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin bütün məsələlərini diqqətə saxlamışdır.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi və diqqəti ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür, dövlət proqramları həyata keçirilir".



R.Rzayev deyib ki, görülən işlər nəticəsində 2007-ci ildə ölkəmizdə son çadır şəhərciyi ləğv edilib və ağır şəraitdə yaşayan 53 minə yaxın ailənin, təqribən, 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Yeni salınmış şəhərciklərdə onlar üçün zəruri infrastruktur obyektləri – təhsil, səhiyyə müəssisələri, inzibati binalar və s. istifadəyə verilib:
  

"Azərbaycan hökuməti tərəfindən bundan sonra da qaçqın və məcburi köçkünlərin sosial qayğılarının həlli üçün mümkün olan bütün işlər görülür.

Bu məqamda14 iyun 2017-ci il tarixdə cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılış mərasimini xatırlatmaq istərdim. Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyətini bir çıxışla qiymətləndirmək mümkün deyil.

İnsanların doğma yurdu heç bir yerlə əvəz oluna bilməz. Cocuq Mərcanlı kəndinə qayıdış qaçqın və məcburi köçkünlər arasında ruh yüksəliyini daha da artmış və onların öz evlərinə tezliklə qayıtmaq ümüdlərini möhkəmləşdirmişdır".


R.Rzayev bildirib ki, bu gün Azərbaycan hökuməti öz vətəndaşlarının bütün insan hüquqlarından tam təmin edilmələri üçün böyük proqramlar həyata keçirir. Bu addımlar insan hüquqlarına hörmət, qanunun aliliyi, yaxşı idarəetmə və effektiv ictimai institutlar əsasında sülhpərvər, ədalətli və inkluziv cəmiyyətlərin qurulmasına, nəticə etibarılə davamlı inkişafa xidmət edir.


"Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin cəmiyyətdəki rolunun artırılması üçün iki əsas istiqamətdə səylərin gücləndirilməsi zəruridir: təhsil və məşğulliyyət.

Təhsil və məşğulliyyət Azərbaycan hökumətinin daxili siyasətinin prioritetlərindəndir və hökumətimiz bu istiqamətdə bütün zəruri addımları atır.

Çünki mükəmməl təhsil və tam məşğulliyyət cəmiyyətin davamlı inkişafının zəmanətlərindən biridir. Bu baxımdan hamımız, Azərbaycanda fəaliyyət göstərən bütün dövlət təşkilatları, özəl şirkətlər, eyni zamanda xarici və beynəlxalq qurumlar bir araya gəlib qaçqın və məcburi köçkünlərin təhsillə və işlə təmin olma hüquqlarının tam şəkildə bərpası üçün əlimizdən gələni etməliyik".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü