Modern.az

“Dövlət büdcəsində cəmi 2 milyard manat artım var”

“Dövlət büdcəsində cəmi 2 milyard manat artım var”

Aktual

21 İyun 2018, 16:11

“2018-ci ilin dövlət büdcəsində cəmi 2 milyard manat artım var. Həmin vəsait sosial layihələrə, pensiya, əmək haqqları, qazın qiyməti ilə əlaqədar ödəmələrə, Dövlət Neft Şirkətində qazmalarla əlaqədar işlərə və digər məsələlərə yönəldiləcək”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini şərh edərkən deyib.


Deputat bildirib ki, büdcədə 2 milyard manatlıq  artım elə də böyük rəqəm deyil.


“Mənim təklifim var ki, büdcədən daha çox tikintiyə vəsait ayrılsın. Çünki Azərbaycanda qeyri-neft sektorundan gəlirlər kəskin azalır. Bunu artırmaq üçün mütləq yatırımlar qoymaq lazımdır. Keçən il investisiya 25 faiz azalıb. Biz çalışmalıyıq ki, bu il ümumi daxili məhsulda heç olmasa 2 faiz artıma nail olaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü