Modern.az

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Qardaş türmədə görüşünə gəlməyən qardaşını bıçaqladı

Aktual

21 İyun 2018, 22:29

Bərdədə qardaş qardaşı bıçaqlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əsədov Mahir Məhiyyəddi oğlu qardaşı Əsədov Teymur tərəfindən bıçaqlanıb.

 

M.Əsədov bildirib ki, qardaşı 4 gün əvvəl həbsdən buraxılıb.

 

Məlumata görə, münaqişəyə səbəb T.Əsədov həbsdə olduğu zaman qardaşının onunla görüşə getməməsi olub.

 

Faktla bağlı cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı