Modern.az

Ermənistanda sabiq deputat saxlanıldı

Ermənistanda sabiq deputat saxlanıldı

Dünya

22 İyun 2018, 09:51

Eks baş nazir Serj Sarkisyanın başçılıq etdiyi partiyanın daha bir üzvü həbs edildi.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Respublika” partiyasının üzvü, keçmiş deputat Arkel Movsisyan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən həbs edilib.

Movsisyanın Ayqek kəndindəki villasında axtarış aparan MTX əməkdaşları sonda onu baş idarəyə aparıblar.

 

MTX əməkdaşları iki saat ərzində keçmiş deputatın evində silah axtarıblar.

Kənd rəhbəri Varujan Abraamyan Movsisyanın MTX tərəfindən aparıldığını təsdiq edib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü