Modern.az

Böyük Vətən Müharibəsinin 77-ci ildönümü - Marşal Jukovun məxfi əmri ÜZƏ ÇIXDI

Böyük Vətən Müharibəsinin 77-ci ildönümü - Marşal Jukovun məxfi əmri ÜZƏ ÇIXDI

22 İyun 2018, 11:08

İyunun 22-si Böyük Vətən Müharibəsinin başlanmasının 77-ci ildönümü tamam olur.

 

Modern.az xəbər verir ki, Rusiyada bu tarix Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsinin ildönünü ilə bağlı məxfi arxiv sənədlərinin bir qismini elektron formada internetdə yerləşdirib. Həmin sənədlər müharibənin ilk günləriundə Sovet komandanlığının verdiyi direktivləri özündə ehtiva edir.

 

Üzərindən məxfilik kodunun götürüldüyü sənədlərdən birində SSRİ xalq komissarı Semyon Timoşenko alman qoşunlarının təxribatlarına uymamaq və qəfil zərbə endirmək üçün hazırlıqlı olmaq barədə tapşırıq verir.

 

Sənədlər arasında Qırmızı Ordunun Baş Qərargah rəisi Georgi Jukovun müharibənin başlanmasından 3 saat sonra – saat 7:15-də verdiyi 2 nömrəli direktivin sürəti də yer alıb. Əmrdə düşmən qüvvələrinin canlı qüvvəsinin və aviasiyasının yerləşdiyi aerodromları məhv etmək, lakin Rumıniya və Finlandiya ərazilərinə xüsusi göstəriş verilənə qədər daxil olmamaq tapşırılır.

 

Sənədin arxa tərəfində isə Jukovun “Vətəndaş Vatutinə. Rumıniyanı bombalayın” adlı kiçik qeydinin olduğu görünür.

 

Arxiv sənədləri arasında 1941-ci ilin iyununda Kiyev, Leninqrad və Qərbi Xüsusi Hərbi Dairələrin əmrləri, qaralamaları, kəşfiyyat məlumatları, operativ məlumatlar və mükafat listləri yer alıb.  

 

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü