Modern.az

Bakıda “Shacman” avtobusa çırpıldı - VİDEO

Bakıda “Shacman” avtobusa çırpıldı - VİDEO

Aktual

22 İyun 2018, 12:57

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb.

Modern.az xəbər verir ki, bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını “Xaliq Faiqoğlu” şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib. Yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.


Qəza nəticəsində şirkətə böyük miqdarda maddi ziyan dəyib. Artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü