Modern.az

Azərbaycan Dünya Bankından ayrılacaq kreditdən imtina edir

Azərbaycan Dünya Bankından ayrılacaq kreditdən imtina edir

Aktual

22 İyun 2018, 13:17

“Azərbaycan Dünya Bankından üçüncü “Azərbaycan kənd investisiyaları” (AZRIP-3) layihəsinin reallaşdırılması üçün verilən kreditdən imtina etmək niyyətindədir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, kənd investisiyaları üzrə layihə vacibdir və bu layihə davam etdiriləcək: “Sadəcə biz Dünya Bankının kreditlərindən imtina etmək və layihəni daxili vəsaitlər hesabına reallaşdırmaq niyyətindəyik.

Bu, onunla əlaqədardır ki, hökumət balanslaşdırılmış kredit siyasəti həyata keçirmək niyyətindədir. AZRIP-3 əsasən tikinti və abadlaşdırma işlərini əhatə edir və xaricdən hər hansı avadanlıq və ya materialın gətirilməsi nəzərdə tutulmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı