Modern.az

Zərdabda yol qəzası - Ölən və yaralananlar var

Zərdabda yol qəzası - Ölən və yaralananlar var

Aktual

22 İyun 2018, 13:42

Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

 

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı