Modern.az

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar  

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar   

24 İyun 2018, 08:39

Çinli oğlanlar evlənməkdə çətinlik çəkirlər. Ölkədə qızların sayı oğlanlarla müqayisədə hədsiz dərəcədə azdır.

Modern.az xəbər verir ki, BBC-nin araşdırmasına görə, Çində kişilərlə qadınların sayı arasındakı fərq milyonlarla hesablanır. Bu, 2015-ci ildə dayandırılan “tək uşaq siyasətinin” nəticəsidir. Aradakı kəmiyyət fərqinin getdikcə artacağı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına əsasən, 2020-ci ildə Çindəki subay kişilərin sayı 30 milyonu keçəcək. Bundan başqa, sosioloqlar 2030-cu ilədək 30 yaşlı çinli kişilərin dörddə birinin subay qalacağını qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü