Modern.az

Türkiyə parlamentinin Gədəbəydən olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Türkiyə parlamentinin Gədəbəydən olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Ölkə

25 İyun 2018, 13:18

İyunun 24-də Türkiyədə keçirilmiş növbədənkənar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasını ( AKP) təmsil edən, əslən azərbaycanlı Şamil Ayrım da qalib gəlib.

16 il sonra yenidən deputat seçilən Şamil Ayrım təəssüratlarını Modern.az-la bölüşüb. Ş.Ayrım əslən Azərbaycanın Gədəbəy bölgəsindən olduğunu vurğulayıb. O, 12-ci çağırış İstanbul millət vəkili olmuşdu.

Deputat saytımıza deyib ki, Azərbaycanın ən çətin günlərində ölkəmizin yanında olan millət vəkili kimi yenidən öz missiyasına davam edəcək:


“Bundan sonrakı müddətdə də Türkiyə parlamentində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə davam etdirilməsi üçün var gücümlə çalışacağam. Zatən prezidentlərimizin arasında olan dostluq, qardaşlıq münasibətləri, dialoqları da bunu ehtiva edir. Biz də o dialoqların bir parçası olacağıq. Azərbaycan və Trükiyə arasındakı əlaqələrdə önəmli rol oyanayacağımı düşünürəm. AKP təmsilçisi olaraq, bu yolda əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Türkiyədə yaşayan deputat əslən Azərbaycanın Gədəbəy bölgəsindən olduğunu da qeyd edib:

“Babam Gədəbəydən İğdıra köşüb. Xanımımın atası Şuşadan, anası Gəncədəndir. Xanımım tərəf 1933-cü illərdə Türkiyəyə köç ediblər. Mənim anamgil də Şuşadandır. Mənim ailəm, dayılarım Azərbaycanın müstəqilliyi uğrunda gedən mücadilənin içərisində olublar. Biz də o missiyanın davamı olaraq, Türkiyə parlamentində Azərbaycan həqiqətlərinin eşidilməsi üçün çalışdıq və bundan sonra da çalışacağıq. Mən Azərbaycan tərəfindən “Tərəqqi medalı”na layiq görülmüşəm. Azərbaycanda başda millət vəkilləri olmaqla, çox sayda dostlarımız var. Disporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da onlardan biridir. İllərdir bu Komitə ilə sıx əməkdaşlıq şəraitində çalışmışıq və hər bir dəstəyi vermişik. Bundan başqa, mən Türkiyədə Mərmərə Vəqfində vitse-prezidentin müaviniyəm. Mərmərə Vəqfi Azərbaycan-Türkiyə münasibətlərinə hər cəhətdən dəstəyini verib, onun Qarabağ kimi haqlı mübarizəsində hər platformada müdafiə edib. İllərdir orada azərbaycanlılarla birlikdə çox gözəl dialoq şəraitində çalışmışıq”.

 

Ş.Ayrım andiçmədən dərhal sonra Azərbaycana səfər edəcəyini açıqlayıb:

“Bir-iki günlük də olsa, mütləq Azərbaycana gedəcəyəm. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulub. Ola bilər ki, mən də onunla birgə yola çıxım. Hər halda, bir müddət sonra səfərimizin detalları müəyyənləşəcək. İldə ən azı 5-6 dəfə Azərbaycana gedirəm. Sonuncu dəfə Azərbaycanda ay yarım əvvəl olmuşdum”.

Azərbaycan əsilli deputat övladlarının onun yolunu davam etdirmək niyyətində olmadığını bildirib:

“Xanımım əczaçıdır. İki qızım, iki nəvəm var. Övladlarım siyasətdən uzaqdırlar. Amma xanımımın qardaşı İlhan Aküzüm siyasətçi olub. O, rəhmətlik prezident Turqut Özalın dövründə Türkiyənin ilk azərbaycan əsilli naziri olub. Təxminən 6-7 ay əvvəl İlhan bəyə Azərbaycanda “Dosluq ordeni” verilib. Biz də bizə verilən bu etimadı ən yüksək səviyyədə təmsil etməkdə israrlıyıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü