Modern.az

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA

Aktual

25 İyun 2018, 15:16

28 iyun tarixində Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək. Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib.  Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

 

Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

 

O deyib ki, Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır.  

 

Bildirib ki, Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

"28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

28 iyun tarixində Bakıda Əfqanıstanla əlaqədar keçirilən tədbir budur.

 

Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir. Və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib”.

H.Hacıyev söyləyib ki, kütləvi informasiya vasitələrində verilən məlumata görə Əfqanıstan Prezidenti Əşrəf Ğani Talibanla sülh danışıqları üçün müraciət edib. Və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı