24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Deputat Gəncədəki hadisələrlə bağlı partiyalara, QHT-lərə, dini qurumlara MÜRACİƏT ETDİ
Deputat Gəncədəki hadisələrlə bağlı partiyalara, QHT-lərə, dini qurumlara MÜRACİƏT ETDİ
11.07.2018, 11:03

“Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslər qeyri-qanuni aksiya keçirməyə cəhd ediblər. Qanunsuz aksiyanın qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəli zabitlərin həlak olması və Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Mən bu hərəkətləri törədənlərin, təşkilatçıların, onların arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılmasını, aşkar olunmasını və cəzalandırılmasını müvafiq qurumlardan tələb edirəm”.

Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev dünən icra hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu hadisə təkcə Gəncəyə vurulan zərbə deyil:

“Bu, Azərbaycan dövlətçiliyinə vurulan bir  zərbədir. Azərbaycanı güclü dövlət kimi və  inkişafını görmək istəməyən qüvvələrin məkirli niyyətinin Gəncədə təzahürüdür. Hesab edirəm ki, dünənki hadisələrdə Gəncə sakinlərinin bu  zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizm hərəkətini pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Mən sizin saytınız vasitəsilə Azərbaycandakı bütün siyasi qüvvələrə, partiyalara, Qeyri-Hökumət Təşkilatlarına, dini qurumlara müraciət edirəm ki, hər kəs öz rəsmi mövqeyini ortaya qoysun və dövlətçiliyi dəstəkləsin.

Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli insanların heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və əhalimiz imkan verməyəcək. Amma ölkədə  sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət  ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı “fəallıq” göstərən, çağırışlar edən hər kəsin  məsuliyyəti ortaya qoyulmalıdır. Əgər lazım gələrsə, həmin saytlar və sosial şəbəkələr nəzarət altına götürülməlidir. Hesab edirəm ki, öncə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır”.

Musa Quliyev bildirib ki, dünənki qeyri-qanuni aksiyada iştirak edənlər Gəncə sakinləri deyil:

“Bu hadisə heç şübhəsiz ki, əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Yəqin ki, qısa zaman kəsiyində istintaqın nəticələri elan olunacaq.  Bu hadisənin Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar.  Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikal yönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Onlar müxtəlif ölkələrdən də, bölgələrdən də ola bilərlər. Amma onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyatı yoxdur.  Hesab edirəm ki, bu qeyri-qanuni aksiyada başqa bölgələrdən də olan insanların iştirak etməsi mümkündür.  Bütün bunlar istintaqın gedişində aydınlaşacaq”.

 

Deputat hazırda Gəncədə olduğunu da bildirib.

“Hazırda Gəncədəyəm. Şəhərdə tam sakitlik və sabitlikdir. Bütün dövlət qurumları, şəhər əhalisi, mağazalar və bazarlar işini əvvəlki kimi davam etdirir. Şəhərdə heç bir problem yoxdur”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ
24.09.2018, 13:16

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ

Kimlər fərdi təhsil ala bilər? - VİDEO
24.09.2018, 13:08

Kimlər fərdi təhsil ala bilər? - VİDEO

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV
24.09.2018, 13:02

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 
24.09.2018, 12:55

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO
24.09.2018, 12:53

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ
24.09.2018, 12:44

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI
24.09.2018, 12:38

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq
24.09.2018, 12:30

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR
24.09.2018, 12:24

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR

İpoteka kağızları elektronlaşdırılır
24.09.2018, 12:22

İpoteka kağızları elektronlaşdırılır

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır
24.09.2018, 12:17

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI
24.09.2018, 12:16

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto
24.09.2018, 12:12

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO
24.09.2018, 12:03

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO

Pekin yenə Vaşinqtondan narazıdır
24.09.2018, 12:01

Pekin yenə Vaşinqtondan narazıdır

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi
24.09.2018, 11:59

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı
24.09.2018, 11:58

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?
24.09.2018, 11:57

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?

DTX və polis Astarada əməliyyat keçirdi
24.09.2018, 11:53

DTX və polis Astarada əməliyyat keçirdi

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ   
24.09.2018, 11:52

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ  

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi
24.09.2018, 11:46

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ   
24.09.2018, 11:42

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ  

Fədayə Laçın məhkəmədə mahnı oxudu
24.09.2018, 11:41

Fədayə Laçın məhkəmədə mahnı oxudu

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir   
24.09.2018, 11:31

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir  

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu     
24.09.2018, 11:28

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu    

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ   
24.09.2018, 11:25

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ  

Bulvarda kişi meyiti tapıldı - FOTO
24.09.2018, 11:24

Bulvarda kişi meyiti tapıldı - FOTO

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO
24.09.2018, 11:24

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb
24.09.2018, 11:19

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb

Milli Məclisdə 3 yeni qanun layihəsi müzakirəyə çıxarılır
24.09.2018, 11:18

Milli Məclisdə 3 yeni qanun layihəsi müzakirəyə çıxarılır

Əngəl olmadığın müddətdə əngəlli deyiləm! - VİDEO
24.09.2018, 11:11

Əngəl olmadığın müddətdə əngəlli deyiləm! - VİDEO

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI
24.09.2018, 11:05

Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

24.09.2018, 10:50

"Məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır" - Əli Əhmədov

Bakı Meriyası subasmalara görə günahı boynundan atdı - AÇIQLAMA   
24.09.2018, 10:42

Bakı Meriyası subasmalara görə günahı boynundan atdı - AÇIQLAMA  

Samir Şərifovun keçmiş müşavirinə vəzifə VERİLDİ
24.09.2018, 10:40

Samir Şərifovun keçmiş müşavirinə vəzifə VERİLDİ

ARXİV