Modern.az

Ağsuda bir yanğınsöndürən xəsarət alıb

Ağsuda bir yanğınsöndürən xəsarət alıb

Aktual

12 İyul 2018, 23:34

Ağsu rayonunun Bico kəndində baş vermiş yanğın zamanı 1 yanğınsöndürən tüstüdən zəhərlənib. Modern.az "Report"a istinadən xəbər verir ki, yanğın zamanı Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı Ceyhun Qurbanovun tüstüdən halı pisləşib.

 

C. Qurbanov təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Qeyd edək ki, bu gün rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahəsində yağın baş verib. Alovun qarşısı tamamilə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı