Modern.az

Adnan Oktarın saxlanma anının yeni görüntüləri - VİDEO

Adnan Oktarın saxlanma anının yeni görüntüləri - VİDEO

Dünya

13 İyul 2018, 22:12

Türkiyəli din xadimi Adnan Oktar və tərəfdarlarına qarşı aparılan istintaq çərçivəsində Oktar Kandillidəki villasında polis əməliyyat keçirib. Modern.az xəbər verir ki, Adnan Oktar və tərəfdarlarının saxlanması zamanı çəkilən yeni görüntülər yayılıb.

 

Qeyd edək ki, Adnan Oktar və şəbəkəsinə qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb.

 

Əməliyyat zamanı çoxlu sayda silah, zirehli avtomobil və sənədlər ələ keçirilib.

 

İstanbul polisi Adnan Oktar və yaxın ətrafı ilə bağlı çoxlu sayda şikayətin daxil olduğunu bildiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı