Modern.az

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı  

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı   

Aktual

16 İyul 2018, 11:17

Adətən həm “Adidas”, həm də “Nike” firmaları öz brendlerinin satışı üçün sponsorluq məqsədilə turnirdə qalib gələ biləcək komanda və oyunçuları seçirlər.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Rusiyada keçirilən futbol üzrə dünya çempionatında komandalardan 12-sinin “Adidas”, 10-nun isə “Nike” loqosu ilə geyimlərdə meydana çıxdığını xatırladıb.


““Nike” hər il Fransa Futbol Federasiyasına onun loqosunu istifadə etdiyinə görə 50 milyon dollar ödəyir. Firma həmçinin, İngiltərə və Brazisiliya Futbol Federasiyalarına da on milyonlarla dollar sponsorluq haqqı ödəyir.
“Adidas” isə hər il Almaniya Futbol Federasiyasına 58 milyon dollar, İspaniyaya 47 milyon dollar, Argentinaya isə 11 milyon dollar sponsorluq haqqı ödəyir”.

Bəs onlar nə qədər qazanırlar?

Deputat bildirib ki, əvvəlki dünya çempionatı ərəfəsində (2014) “Adidas” Almaniya millisinin14.2 milyon ədəd köynəyini (T-Shirt) satıb.

“Bir köynəyin orta hesabla qiymətinin 66 dollar olduğunu nəzərə alsaq, onda “Adidas”ın yalnız Almaniya milli komandasından gəliri 937.2 milyon dollar olub! (PR Marketing).

2014-cü il dünya çempionatı ərəfəsində “Adidas”ın futbol köynəklərinin satışından əldə etdiyi gəlir 2.4 mlrd dollar olub”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı