19 avqust 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - “Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR
“Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR +
16.07.2018, 22:24

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən “Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə prezident İlham Əliyevin andiçmə mərasiminə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Sonra YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin 11 aprel prezident seçkilərində inamlı qələbəsinin 100 günü tamam olur: “Fəxrlə deyə bilərik ki, ötən 100 gün ərzində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük nailiyyətlər əldə olunub. Hər zaman öz fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan Prezidentimizin titanik fəaliyyəti ilə qısa müddətdə ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanılıb. Ölkəmizdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində mühüm islahatlar həyata keçirilib. Təsadüfi deyil ki, Prezidentin fəaliyyətinin 100 günü ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 49-cu ildönümü ilə bir vaxtda qeyd edilir”.

 

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, dahi rəhbər Heydər Əliyev bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində hər zaman özünəməxsus yeri ilə fərqlənib. Bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Ulu Öndər daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaradıb. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər ərzində xalqımıza fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, mövqelərini qətiyyətlə gücləndirir.

Tədbirdə ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Asif Əsgərov xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş uğur və nailiyyətlərdən danışıb. O deyib ki, ölkəmizin və xalqımızın taleyi, respublikamızın həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü adlandırılan bu zaman kəsiyi ərzində Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan videoçarx göstərilib.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışıb. Bildirib ki, hərbi parad xalqımızın öz ordusu ilə haqlı olaraq qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Hərbi parad ordumuzun gücünü bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu görən düşmən hazırda sarsılmış durumdadır. Bu parad xalqımızın Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qüdrətli ordumuzun torpaqlarımızı tezliklə düşməndən azad edəcəyinə inamını daha da artırdı.

Daha sonra hərbi parada həsr olunan videoçarx nümayiş etdirilib.

Təhsil nazirinin müavini, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü Məhəbbət Vəliyeva dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini qeyd edib və ölkəmizdə məqsədyönlü təhsil siyasəti aparıldığını bildirib. O, bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda təhsil sahəsində qazanılan mühüm uğurlar dövlətimizin başçısının adı ilə bağlıdır.

Sonra TANAP-ın açılışına həsr olunan videoçarx göstərilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, professor Mustafa Babanlı Azərbaycanın uğurlu neft strategiyasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası müstəqil Azərbaycanın inkişafının təməlini qoyub. Ümummilli Lider xalqımız üçün çox işlər görüb. Ulu Öndərin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının təsdiqidir. Onun uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib.

 

Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Hərbi Orkestrinin solisti Ceyhun Kərimov Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin ilk 100 gününə həsr edilmiş “Apar zəfərə, Ali Baş Komandan!” mahnısını səsləndirib.

 

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
19.08.2018, 16:40

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

ARXİV