Modern.az

Axtarışda olan 32 nəfər tutuldu  

Axtarışda olan 32 nəfər tutuldu   

Aktual

18 İyul 2018, 09:55

Daxili İşlər Nazirliyi iyul ayının 17-dən 18-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki,respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.  


Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı