Modern.az

Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”  

Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”  

Parlament

18 İyul 2018, 14:24

Bu gün bəzi mətbuat orqanlarında 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəydiyi barədə xəbərlər yayılıb.

Bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.

Qeyd edilib ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.

 

Məsələ ilə bağlı Modern.az saytının əməkdaşı Milli Məclisin deputatı Mahir Aslanovla əlaqə saxlayıb.

 
Mahir Aslanov bildirib ki, hazırda Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmir.

“Mənim 10 ildir ki, Naftalanda müalicə-sağlamlıq mərkəzim var. Ancaq bu mənim adıma deyil. Heç ora tikiləndə də mənim adıma olmayıb. Bir neçə gün bundan öncə bir nəfər məndən xahiş etdi ki, onu ora istirahətə göndərim. Mən də onu Naftalanda  müalicə-sağlamlıq mərkəzinə göndərdim. Həmin adam da gedib dincəldikdən sonra gəlib bunu yazıb.  Demək ki, həmin adamı ora göndərməkdə səhv etmişəm”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...