Modern.az

Cəlilabadda iki qardaş yol qəzasında öldü

Cəlilabadda iki qardaş yol qəzasında öldü

23 İyul 2018, 14:01

Cəlilabadda iki qardaş yol qəzasında həyatını itirib.

DİN-dən Modern.az-a verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub.

Nəticədə T.Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü