Modern.az xəbər verir ki, dekabrın 8-də “Trend” İnformasiya Agentliyinin mətbuat zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirəcək. Şura rəhbərliyinin iştirakı ilə keçiriləcək konfransda müsabiqənin istiqamətləri, mövzuları, fondu, şərtləri və müddətləri barədə geniş məlumat veriləcək.