Modern.az

ABŞ-da təyyarə qaçırıldı - VİDEO

ABŞ-da təyyarə qaçırıldı - VİDEO

11 Avqust 2018, 20:01

ABŞ-da təyyarə qaçırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə Siyetl şəhərinin hava limanından oğurlanıb.

 

Məlumata görə, təyyarə oğurlandıqdan 15 dəqiqə sonra Vaşinqton ştatının Ketron adası yaxınlığında qəzaya düşüb. Hadisə yerinə xilasedici qüvvələr göndərilib.

 

Qaçırılan təyyarənin Alyaska Hava Yollarına məxsus olduğu müəyyən edilib. Şirkətin məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb.

 

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl Qaidə” terror təşkilatı qaçırılan sərnişin təyyarələri ilə Nyu Yorkda terakt təşkil edib. Nəticədə 343-ü FHN, 60-ı isə polis işçisi olmaqla, ümumilikdə 2977 nəfər bu faciənin qurbanı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir