Modern.az

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ

15 Avqust 2018, 09:37

Pentaqon rəhbəri Ceyms Mettis ABŞ-ın kosmik qüvvələrə ehtiyacı olduğunu bildirib.

Modern.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Mettis bu qüvvələrin ABŞ peyklərini Çin və Rusiya təhlükəsindən qorumaq üçün lazım olduğunu qeyd edib.

O həmçinin kosmosda silah yerləşdirilməsindən söhbət getmədiyini də vurğulayıb.

“Biz sadəcə göstərmək istəyirik ki, kosmosdakı peyklərimizi qoruya bilirik. Amma, kimsə kosmosa hərbi tapşırıqla çıxmaq istəsə, biz sadəcə oturub baxmayacayıq” – Mettis bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbərliyi hərbi hava qüvvələrinin yeni qolunun yaradılması barədə bəyanatlar verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü