Modern.az

Musson yağışları 167 nəfərin ölümünə səbəb oldu

Musson yağışları 167 nəfərin ölümünə səbəb oldu

Aktual

17 Avqust 2018, 11:33

Hindistanın cənubundakı Kerala Ştatında güclü musson yağışları ölənlərin sayı artıb.

 

Modern.az "NDTV" kanalına istinadən xəbər verir ki, bir həftədir davam edən yağışlar səbəbi ilə ölənlərin sayı 167 nəfərə çatıb.

Yağışlar avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayıb. Nəticədə onlarla yaşayış məntəqəsində daşqınlar baş verib. Daşqınlar səbəbi ilə ştatın tarixində ilk dəfə olaraq 39 su bəndindən 35-i açılıb.

 

“Elə indicə ştatın baş naziri Pinaray Vicayan ilə telefonla danışdım. Biz Keraladakı daşqınlarla bağlı vəziyyəti müzakirə etdik və xilasetmə işlərinə qiymət verdik” – Hindistanın baş naziri Narendra Modi Twitter hesabında yazıb.

 

Ştatın 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan edilib.

Qeyd edək ki, Hindistanda yağışlar mövsümü iyunun ortalarından başlayıb, sentyabrın axırına kimi davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü