Modern.az

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

19 Avqust 2018, 15:07

 

Üzgüçülük üzr 23-qat olimpiya çempionu Maykl Felps bəyan edib ki, depressiyadan əziyyət çəkir.

Bu barədə Oxu.Az Sport24-ə istinadən xəbər verir.

“İki yaxud üç həftə əvvəl güclü depressiyaya düşdüm. Bu, bütün ömrüm boyu davam edəcək şeydir, lakin özümü nə qədər yaxşı tanısam, bunun nə üçün baş verdiyini bir o qədər yaxşı anlayacağam.

Əvvəlcə psixoterapevtə getmək istəmirdim, sonra başa düşməyə başladım ki, məşqdən sonra yaxşı və sağlam oluram. Özüm haqqında çoxlu yeni şey öyrəndim.

Tokioda 2020-ci il Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırammı? Mən karyeramı yüksək nöqtədə bitirmişəm. Həyatımın bu səhifəsi bağlıdır”, - deyə, CNN Felpsdən sitat gətirir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü