Modern.az

Vahid Ələkbərov 10-cu oldu

Vahid Ələkbərov 10-cu oldu

Aktual

30 Avqust 2018, 15:37

"Forbes” jurnalı Rusiyanın 100 ən nüfuzlu şəxsinin reytinqini hazırlayıb.

Modern.az-ın məlumatına görə, siyahıya Rusiya prezidenti Vladimir Putin başçılıq edir.

İkinci yerdə "Sberbank”ın sədri German Qref, üçüncü"Qazprom”un rəhbəri Aleksey Miller və dördüncü "Rosneft”in baş icraçı direktoru İqor Seçin qərarlaşıb.

Rusiyanın baş naziri Dmitri Medvedev isə siyahının 5-ci pilləsində yer alıb.

Siyahıda 10-cu yeri isə "Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov tutur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü