Modern.az

Məleykə Abbaszadə: “…bu məsə­lələrin həlli üzərində çox ciddi işləməlidirlər”

Məleykə Abbaszadə: “…bu məsə­lələrin həlli üzərində çox ciddi işləməlidirlər”

Təhsil

12 Sentyabr 2018, 10:45

Dövlət İmtahan Mərkəzi fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitlər nəşr edib.


Mərkəzdən Modern.az-a bildirilib ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.

Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunub.

Vəsaitləri aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar (Vəsaitlərin elektron qaydada sifarişi sentybarın 17-dən etibarən mümkün olacaq):

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin nəşr olunmuş vəsaitlərdə yer alan “Ön söz”ünü də təqdim edirik:


“Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymət­ləndirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur. İndi ümumtəhsil müəssisələrini ağıl, intellekt mək­təbinə çevirmək əsas hədəf­lərdən biridir. Tədqiqatçı alım İ.Lernerə görə, yaradıcı təfəkkür bilik və bacarıq­ların müstəqil olaraq yeni şəraitdə tətbiqinə, tanış situa­siyalarda yeni problemləri və onların həllinin digər üsullarını görməyə kömək edir. Hafizə məktəbindən təfəkkür mək­təbinə keç­mək,  təhsilin nəticə­yönümlü və şəxsiy­yət­yönümlü olması kurikulum islahatının əsas tələblərin­dəndir. Bu prosesdə təhsil­alanların müasir stan­dartlara, islahatın  tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris  vəsaitələri ilə təminatı mü­hüm əhəmiyyət kəsb edir.


2008-ci ildən başlayaraq hər il yeni fənn kuri­kulumlarının tələbi ilə müvafiq siniflərdə tədris olunan fənlər üçün müəyyən olunmuş məzmun xətləri və məzmun standartları əsasında dərslik komplektləri nəşr edilir. Həmin tələblərə əsaslanan qiymətləndirmə vasitələrinin hazır­lan­ması da bu zərurətdən irəli gəlir. Qiymətləndirmə təlim prosesində məz­mun standartlarının mənimsənil­məsinə yönəl­miş fəaliyyəti izləməyə, yoxlamağa,  qarşıya çıxan problemləri, uğursuz­luq­la­rın səbəblərini araşdırmağa xidmət  edir. Qiymətləndirmə təhsil­alanların bi­lik­lərə yiyələnmək, onlardan istifadə et­mək, nəticə çıxarmaq baca­rıqları haq­qın­da məlumatların toplan­ması rolunu  da yerinə yetirir. Qiymətlən­dirmə təhsilalan və təhsilverənlərin fəaliyyətini istiqamət­lən­dir­mək­də, təhsilin keyfiyyətinə nə­zarəti təmin et­məkdə vacib amildir. Mühüm cəhət ondan ibarətdir ki, isla­hat­ların həyata keçirilməsi prosesində qiymət­ləndirmənin məzmun və forması da xeyli dəyişikliyə məruz qalır. Bu dəyişiklik, ilk növbədə qiymət­lən­dir­mənin bilik və baca­rıqları aşkara çıxar­maqla yanaşı, qabiliyyət və kom­peten­si­yaları müəyyən etməyə imkan yaratmasında da özünü göstərir. Dəyişikliklərin inkişafa, tərəq­qiyə doğru istiqamət­lən­məsi, sözsüz ki, müsbət haldır. Lakin bu, dəyişikliklər prosesinin, ümumiyyətlə, təh­sil islahat­larının rəvan, problemsiz getməsi demək deyildir. Xüsusilə mək­təb­daxili qiymət­lən­dirmənin üsul və vasitələrinin isla­hatların tenden­siyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. Qiy­mət­ləndirməyə ciddi elmi-metodiki prin­siplərə əsaslanan, özünə­məx­sus stan­dartları, formaları, üsulları, vasitələri və bunların reallaş­dırılmasına aid prosedur­ları olan bir sistem kimi yanaşmaq la­zımdır. Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviy­yəsinə qoyu­lan dövlət tələbi­dir. Odur ki, yeni təhsil proqramları (kuri­ku­lum) əsasında məktəb dərs­lik­lərini və me­to­diki vəsaitləri hazırlayan mütəxəs­sislər bu kimi məsə­lələrin həlli üzərində çox ciddi işləməlidirlər.


Ümumtəhsil müəssisələrinin V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən moni­torinq imta­hanlarının məzmununun müəy­yən­­ləş­diril­məsi istiqamətində hə­yata keçi­rilən işlər ölkədə məktəb təhsili sahəsində aparılan islahatları izləməyə və qiymətlən­dirməyə imkan verir. Buna uy­ğun olaraq mövcud qiymətləndirmə va­sitələri təkmilləşdirilir, yeni­ləri ha­zır­lanıb tətbiq edilir. Onların yalnız bilikləri deyil, həm də bacarıq və qabiliy­yətləri aşkara çıxarmaq imkanları araş­dırılır. Belə qiymət­ləndirmə tapşırıqları işlənib hazır­la­narkən qapalı (çoxseçimli) və açıq tipli test tapşırıq­ları ilə yanaşı, diaq­ramlar, sor­ğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından isti­fadə olunması da diqqət mərkə­zində saxlanılır.


Hörmətli müəllimlər! Əziz şagirdlər və abituriyentlər! Sizə bu vəsaitdə müvafiq fənn və sinif  üzrə tədris material­ları əsasında hazırlanmış yeni (situasiya, mətn üzərində iş, Eyler-Venn diaqramı, BİBÖ, klaster üsulu və s.) tipli  qiy­mət­­ləndirmə tap­şırıq­­ları, qapalı (çox­seçimli) və açıq tipli test tapşırıq­ları təq­dim olunur.

 
Bəs eyni bir sinif üçün qiy­mət­lən­dirmə vasitələrinin müxtəlif formalarına aid sual və tapşırıq­la­rın təqdim olun­masına nə ehtiyac var?


Məsələ burasındadır ki, müasir məktəb təcrü­bəsində qiymət­lən­dirmənin müxtəlif for­ma­larından isti­fadə edilməsi, eyni bir mövzuya və ya məzmuna aid bilik və bacarıqların yox­lanılmasında qiymətlən­dirmənin müx­təlif üsul və vasitələrinin tətbiqi normal haldır. Əsas şərt odur ki, qiymət qiy­mətlən­dirilən keyfiyyətə mak­simal dərə­cədə uyğun ol­sun, onu dürüst, obyektiv əks etdirsin.


Müəllif kollektivi beynəlxalq miqyasda baş verən bütün yeni­liklərə də həssaslıqla yanaşır, onları araşdırır, pozitiv və effektiv olan nə varsa, onları öz işlərində yara­dıcılıqla tətbiq etməyə çalışır. Təqdim olunan materialların məzmun, mündəricat, tərtibat və təqdimat forması baxımından müxtəlifliyi məhz belə yanaş­ma tərzindən qaynaqlanır.


Vəsaitdə müəlliflər tərə­fin­dən şagird, abituriyent və fənn müəl­lim­lərinə ünvan­lanmış “İzahat vərəqi” təqdim olunub. Burada vəsaitdən istifadə qayda­larına dair məlu­mat və tövsiyələr verilib.


Ümidvarıq ki, vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəl­limləri üçün faydalı olacaqdır. Şagird və abitu­riyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intel­lektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqa­yisələr aparmağa həvəs­lə­nə­cəklər. Müəl­limlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şa­gird­in biliyini aşkara çıxara, təkcə ayrı-ayrı mövzuların de­yil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagird­­lər tərəfindən necə mənimsənildiyini müəy­yənləş­dirə bilə­cəklər. Bununla da hər bir şagirdin hazır­lığının yoxlanılmasına yanaş­ma im­kan­ları xeyli genişlənəcəkdir.


Vəsait qüvvədə olan fənn kurikulum­larına və dərsliklərə uyğun tərtib olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır