Modern.az

Britaniyalı alimlər “ağıllı şalvar” hazırladı

Britaniyalı alimlər “ağıllı şalvar” hazırladı

Aktual

14 Sentyabr 2018, 23:14

Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu “süni əzələ” həlli inteqrasiya edilmiş "ağıllı şalvar" hazırlayıblar. Texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. “Ağıllı” şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa yardım edəcək. Bundan başqa, yeni texnologiya geyinmə prosedurunu asanlaşdıracaq.

 

Mütəxəssislərin sözlərinə görə, ixtira, hətta yaşlı insanları əlil arabasının istifadəsindən imtina etməyə imkan verəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü