Modern.az

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər

Aktual

20 Sentyabr 2018, 15:34

Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Başkənd kəndinin sakinləri Yerevanın mərkəzində aksiya keçiriblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sakinlər mənzil problemlərinin həll olunmaması səbəbindən hökumət binasına hücum ediblər.

 

Gərginliyi azaltmaq üçün baş nazir Nikol Paşinyan etirazçıların qarşısına çıxıb. Keçmiş Başkənd sakinlərinin problemlərinin həlli üçün oktyabrın 2-də müzakirələrin keçiriləcəyi qərara alınıb.

 

Xatırladaq ki, Başkənd (erm. Artsvaşen) 1992-ci il avqustun 8-də Azərbaycan ordusu tərəfindən azad olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü