Modern.az

Parlamentin xüsusi iclasından FOTOLAR  

Parlamentin xüsusi iclasından FOTOLAR   

Parlament

21 Sentyabr 2018, 11:10

Bu gün - sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilir.

Modern.az-ın parlamentdən verdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyev iştirak edir. Ölkə başçısı iclasdsa nitq söyləyib.


Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.

 

Tədbirdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı,  Sudan,  parlament sədrləri səviyyəsində təmsil olunur.

 

Bundan əlavə, təntənəli iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edir.

 

Təntənəli iclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edir.

Təntənəli iclasda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı hazırlanmış sənədli film qonaqlara nümayiş olunacaq.

 


 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır